Məşhur rəssam Leonardo da Vinçinin əlyazmaları gələn il İtaliyanın Florensiya şəhərində açılması nəzərdə tutulan sərgidə nümayiş olunacaq.
Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgi dahi rəssamın ölümünün 500-cü ildönümünə həsr olunacaq. Əlyazmalar 72 səhifədən ibarətdir.
Bu əlyazmaları dünyanın ən zəngin iş adamı Bill Qeyts 1994-cü ildə 30 milyon dollara alıb.