Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ olub

14:46 - 27 Noyabr 2017 - DÜNYA

ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, noyabrın 27-də Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ olub.
 

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:11-də Sakit okeanın cənub-qərbində yerləşən Yeni Şərqi Britaniya əyalətinin Kokoro şəhərindən 109 kilometr cənub-şərqdə və 57,8 kilometr dərinlikdə qeydə alınıb.

Havay adalarında yerləşən Sakit okean Sunami Mərkəzi sunami təhlükəsi barədə xəbərdarlıq yaymayıb.

Xəbər xətti