Roma papası I Fransiskin Cənub-Şərqi Asiyaya səfəri başlayıb.
Ucnoqta.az Trend-ə istinadən məlumat verir ki, dekabrın 2-dək davam edəcək səfər zamanı Roma papası Myanma və Banqladeşdə olacaq.
Bildirilir ki, I Fransisk bu ölkələrdə müxtəlif dini mərasimlərdə iştirak edəcək.
Qeyd edək ki, bu, Roma papasının Myanmaya tarixdə ilk səfəri olacaq. Xatırladaq ki, Keçmiş Roma papas II İoann Pavel 1986-cı ildə Banqladeşə səfər etmişdi.