Nyu-York ştatında ticarət mərkəzində atışma olub

10:59 - 27 Noyabr 2017 - DÜNYA

ABŞ-ın Nyu-York ştatının Middltaun şəhərində yerləşən “Crystal Run” ticarət mərkəzində atışma baş verib.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, ştatın polisi iki nəfərin yaralanması barədə məlumat yayıb. Məlumatda, həmçinin bildirilir ki, hadisə odlu silahdan təsadüfən açılan atəş nəticəsində baş verib. Ehtimala görə, silah döşəməyə düşüb, açılan atəş nəticəsində güllə sıçrayaraq ətrafdakı insanlara dəyib. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Xəbər xətti