İndoneziya hökuməti Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi ilə əlaqədar 100 min sakinin təxliyə edilməsini tövsiyə edib. Ucnoqta.az Trend-ə istinadən məlumat verir ki, eyni səbəbdən daha öncə təxliyə edilənlərin sayı artıq 40 min nəfərə çatıb.
İndoneziyanın Vulkanik aktivliyin araşdırılması üzrə Mərkəzi yerli sakinləri və turistləri sakitliyə riayət etməyə çağırıb. Mərkəz hələ təhlükənin səviyyəsini qaldırmaq niyyətində deyil.
Ötən gün Balıdəki beynəlxalq aeroport da vulkandan havaya kül-dumanın atılması səbəbindən işini dayandırıb.
Qeyd edək ki, vulkan noyabrın 21-dən aktivləşməyə başlayıb, təxminən 700 metr hündürlüyə kül püskürüb.
Xatırladaq ki, Aqunq sonuncu dəfə 1963-cü ildə püskürüb. Həmin vaxt mindən çox insan təbii fəlakətin qurbanı olmuşdu.