Ərdoğandan ŞOK AÇIQLAMA — “Putin mənim stolumu aşırmaqla bütün dünyaya mesaj verib” + VİDEO

17:00 - 26 Noyabr 2017 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan noyabrın 22-də Soçidə keçirilən Suriya məsələsinə dair üçtərəfli sammit zamanı maraqlı hadisə ilə bağlı açıqlama verib.

 

"Ucnoqta.az xəbər verir ki, Ərdoğan Balıkəsir əyalətində hakim Ədalət və İnkişaf Partiyasının deputatları qarşısında çıxışı zamanı Putin stolunu aşırmasına münasibət bildirib. Onun sözlərinə görə, bu sadəcə tədbir zamanı yaranan kiçik qəzadan başqa heç nə deyil.

“Noyabrın 22-də Rusiya prezidenti Vladimir Putinin dəvətilə Soçidə önəmli tədbir keçirdik. İran prezidenti Həsən Ruhaninin də iştirak ilə 3 dövlət başçısı Soçidə Suriya ilə bağlı mühüm toplantı təşkil etdi. Regionumuz üçün çox önəmli olan və beynəlxalq aləmdə təhlükəli terror məsələsilə bağlı çox vacib danışıqlar oldu. Sadəcə bölgəmiz üçün deyil, bütün dünyaya təhlükə törədən terror məsələlərilə bağlı vacib qərarlar verdik. Suriyada insani dramlara son verən çox vacib qərarlar qəbul etdik. Bütün dünya Soçi toplantıda böyük ümidlər gördü. Lakin Türkiyənin ana müxalifəti nələr gördü? Sadəcə Soçidə keçirilən görüşdə stol problemini gördü. Sən demə Putin mənim stolumu aşırmaqla, bütün dünyaya mesaj verib. Bir az da baş sındırsaydılar, diplomatiya tarixində yeni – “yıxılan stol” siyasəti gətirəcəkdilər. Onlar Ana Müxalifət Partiyası deyil, sanki komediya səhnəsidir”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, noyabrın 22-də Soçidə keçirilən Suriya məsələsinə dair üçtərəfli sammit zamanı maraqlı hadisə baş verib. Görüş zamanı Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oturduğu stolu aşırdıb. Hadisə görüşün sonu baş verib. Görüş qurtaran zaman Putin Ərdoğanın yanına gəlib və əlini sıxıb. Ərdoğan da qalxmaq istəyib. Bu zaman Putin ona kömək etmək məqsədilə stolu arxaya çəkmək istəyib. Nəticədə səhvən onun oturduğu stolu aşırıb. Sonra Ərdoğan və Putin masa arxasından uzaqlaşıblar və İran liderinin yanına gediblər. Nəzarətçilər dərhal aşan stolu düzəldiblər.

Baş verən hadisə kameralara tuş gəlib. Bu görüntülər sonradan bir çox Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə yayılıb. Yayılan video izləmə rekordu qırıb və çoxsaylı izləyici tərəfindən müzakirə olunub.

Xatırladaq ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti keçirilib. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak ediblər. Tədbirdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Konfransda çıxış edən liderlər çox önəmli məsələlər barədə açıqlamalar veriblər. Onun sözlərinə görə, 3 ölkənin gəldiyi razılığa görə, Suriya Milli Dialoq Konqresi yaradılıb.//Ölkə.az//

 

https://youtu.be/XoJakYm7Tww

 

 

 

 

Xəbər xətti