Çilidə avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Telesur" nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə ölkənin cənubunda, Araukaniya vilayətində baş verib.
Avtobus Tirua qəsəbəsinin administrasiya əməkdaşlarını və vəzifəli şəxslərini daşıyırmış.