Almaniyanın Kuksxafen şəhərində avtomobil bir qrup piyadanın üzərinə gedib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Oldenburq polisinin mətbuat xidməti məlumat yayıb.
Hadisənin səbəblərinin hələ ki, məlum olmadığı və hazırda söhbətin terror aktından getmədiyi bildirilir.
Həmçinin qeyd olunur ki, avtomobilin sükanı arxasında kişi olub, yaralılardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.