Gürcüstanda matəm elan olundu

11:05 - 26 Noyabr 2017 - DÜNYA

Batumidə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində insan tələfatı ilə əlaqədar noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.

Ucnoqta.az” Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Matəm günü Gürcüstanda dövlət bayrağı endiriləcək, həlak olanlar üçün dualar oxunacaq, müxtəlif ayinlər yerinə yetiriləcək.

Xatırladaq ki, noyabrın 24-dən 25-nə keçən gecə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanğın oteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər.

 

 

Xəbər xətti