Xətai rayonunda keçirilən iməcilikdə 400 ağac əkilib

17:42 - 25 Noyabr 2017 - Xəbər

Xətai rayon ərazisində ağac əkməklə ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferi oksigenlə zənginləşdirmək və yaşıllıqların qorunması məqsədilə növbəti iməcilik keçirilib.

 

Ucnoqta.az Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata istinadən bildirir ki, iməcilik Cavanşir küçəsi 6, Şıxlinski küçəsi 59, N.Tusi küçəsi 6, İ.İsmayılov küçəsi 44-46, Zığ yolu 5v-7v, Nobel prospekti 7, Qaçaq Nəbi küçəsi 5-7-9, Aşıq Ələsgər küçəsi 6, Gəncə prospekti 105 və A.Rəhimov küçəsi 15 ünvanlarında təşkil olunub.

Ümumilikdə 200 nəfərin iştirak etdiyi iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, 400 ədəd müxtəlif növ ağac əkilib.


Xəbər xətti