Misirin Sinay yarımadasının şimalında ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 305 nəfərə çatıb.
Ucnoqta.az Trend-ə istinadən məlumat verir ki, həlak olanlardan 27 nəfəri uşaqdır.
Daha 128 nəfər isə xəsarət alanlar arasındadır.
Qeyd edək ki, ötən gün Əl-Ariş şəhərində məscidə hücum baş verib.