Sabaha olan hava məlumatı açıqlanıb
12:07 - 25 Noyabr 2017 - Xəbər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.
ETSN-dən verilən məlumata görə, noyabrın 26-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 4-9°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.