Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.
APA-nın “Aljazeera”ya istinadən verdiyi xəbərə görə, hadisə zamanı 120 nəfərin yaralandığı deyilir.
Partlayışla bağlı Misir prezidenti Əbdül Fəttah Əl Sisi təcili toplantı keçirib.
Misirin Sinay yarımadasının şimalında məsciddə partlayış olub.
APA-nın “Daily Star”a istinadən verdiyi xəbərə görə, hadisə Bir al-Abd şəhərində baş verib.
Misir Səhiyyə Nazirliyindən bildirilib ki, cümə namazı zamanı törədilən partlayış nəticəsində 50 nəfər ölüb, 75 nəfər yaralanıb.
Partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.