“Diriliş: Ertuğrul” serialındakı rolu ilə karyerasının ən parlaq günlərini yaşayan Engin Altan Düzyatan bu dəfə reklamdan aldığı qonorarla gündəmə gəlib.
“Ucnoqta.az” xəbər verir ki, o, 6 il sonra yenidən məşhur banklardan birinin siması seçilib. Düzyatan şirkətlə bir illik müqavilə bağlayıb və çəkilişlərdə iştriak edib.
O, dörd reklam roliki üçün 6 milyon TL qonorar alıb.
Qeyd edək ki, 2011-ci ildə Engin Altan və Burcu Esmersoy sözügedən bankın siması olmuşdular.//Qafqazinfo.az//