Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, Suriya məsələsi ilə bağlı Rusiya, Türkiyə və İran prezidentlərinin Soçidə keçiriləcək üçtərəfli sammitində iştirak edəcək.
Türkiyə prezidentini səfərdə xanımı Eminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak müşayiət edir.