Bizim əsas məqsədimiz enerjini xalqa ucuz satmaqdır
Türkiyə heç nəyə baxmayaraq, nüvə energetikasını inkşaf etdirməkdə davam edəcək. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada elektrik stansiyasının açılış mərasimində deyib.
Türkiyə lideri bildirib: "İndi biz nüvə energetikası dövrünə qədəm qoyuruq. Kimisə Atom Elektrik Stansiyası narahat edir. Qoy, nə qədər istəyirlər narahat olsunlar, biz bu AES-i tikəcəyik. Bizim əsas məqsədimiz enerjini xalqa ucuz satmaqdır".