Burak Özçivit "Emmi"ni almağa niyə getmədi?

23:39 - 21 Noyabr 2017 - DÜNYA

“Emmi” mükafatına layiq görülən “Kara sevda” serialının qəhrəmanı Burak Özçivitin mükafatı almağa getməməsinin səbəbi bəlli olub.
 
Axşam.az Türkiyə mediasına isitnadən xəbər verir ki, aktyorun atası Bülent Özçivit bu səhər əməliyyat olunduğundan aktyor Nyu-Yorka getməkdən vaz keçib. Burak ailəsini çətin günlərində onların yanında olmaq istəyib. 

Qeyd edək ki, “Kara sevda” 65-ci “Emmi” mükafatlandırma mərasimində “Ən yaxşı xarici serial” kateqoriyası üzrə birinciliyə layiq görülüb. 

 

 

Xəbər xətti