Prezident saatını jurnalistə bağışlayıb: “Yaxşı ki şalvarımı istəmədin”

20:52 - 20 Noyabr 2017 - DÜNYA

Baş redaktor mikrofona yaxınlaşaraq gecə yuxuda prezidentin saatını ona bağışladığını gördüyünü deyib

Qırğızıstanın “De-Fakto” qəzetinin baş redaktoru  Amantur Musaqulov bu ölkənin prezidenti Almazbek Atambaeyvdən saatını ona bağışlamasını xahiş edib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Atambayevin keçirdiyi mətbuat konfransında baş redaktor mikrofona yaxınlaşaraq gecə yuxuda prezidentin saatını ona bağışladığını gördüyünü deyib. Bundan sonra o, prezidentdən xahiş edib ki, saatını ona bağışlasın.

Prezident isə zarafatla  “yaxşı ki şalvarımı bağışlamağı xahiş eləmədin” deyərək saatını qolundan açıb jurnalistə verib.

Xəbər xətti