ABŞ Yaponiyadakı hərbçilərinə spirtli içkini qadağan etdi

11:21 - 20 Noyabr 2017 - DÜNYA

ABŞ Ordusu Yaponiyanın Okinava adasında yerləşdirilmiş hərbçilərə alkoqol istifadəsini qadağan edib.


Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin Okinava adasındakı bütün hərbçilərə olduğu yerlərindən yeni əmr verilənədək bir yerə getməmək əmri verilib. Buna səbəb bazar günü adada bir amerikalı hərbçinin sərxoş halda 61 yaşlı bir yaponu vurması olub.

Qeyd edək ki, adı açıqlanmayan amerikalı əsgər idarə etdiyi yük avtomobili ilə yerli sakinin idarə etdiyi avtomobili vurub.
Yaponiyanın Okinava adasında 25000 amerikalı əsgər xidmət keçir. Adadakı əsgərlərin yaratdığı problemlər üzərindən ABŞ tez-tez tənqid olunur.

 

Xəbər xətti