Hərbçilər artıq şəhərin mərkəzindəki binalarda İraq bayrağını qaldırıblar
İraq ordusu və "Həşd Əş-Şaabi" qruplaşması İŞİD-in ölkədə son dayaq nöqtəsi olan Rava şəhərini tamamilə azad ediblər. Ucnoqta.az "RiaNovosti"yə istinadən xəbər verir ki, bunu əməliyyata komandanlıq edən Abdel-Amir Yaralla deyib. "Ravada əməliyyat bir neçə saat əvvəl başlayıb, hərbçilər artıq şəhərin mərkəzindəki binalarda İraq bayrağını qaldırıblar".
Qeyd edək ki, Rava şəhəri Suriya ilə sərhəddin yaxınlığında, Anbər əyalətinin qərbində yerləşir.