Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ı İŞİD terror qruplaşmasına maliyyə yardımı göstərməkdə ittiham edib.
“Ucnoqta.az” xəbər verir ki, Ərdoğan bildirib ki, ABŞ hər zaman əldə etdikləri anlaşmanı pozub:
“ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-ə qarşı mübarizə aparırlar, bəs əslində nə etdilər? İŞİD-ə bir yığın dollar verdilər. Biz Afrinlə bağlı onlarla əməkdaşlıq əlaqələrinə girmək istəmirik.
Manbij, Rakkada biz birgə işləməyi təklif edəndə onlar söz verdilər ki, orada bir nəfər də olsun PYD üzvü qalmayacaq. Dedilər ki, narahat olmayın. Lakin sözlərinin üstündə durmadılar. İndi ABŞ-da hakimiyyət dəyişib, lakin hər şey əvvəlki kimidir”.