“Rocky” və “Rembo” filmlərinin qəhrəmanı Silvester Stallonenin 1986-cı ildə cangüdəni ilə birlikdə 16 yaşlı qıza təcavüz etdiyi deyilir.
“Ucnoqta.az” xəbər verir ki, aktyor bu iddianı qəbul etməsə də, “Oskar”lı ulduzun 40 yaşında Las-Veqasda bir filmin çəkilişi zamanı adı açıqlanmayan qızla “Hilton” oteldə zorla cinsi əlaqədə olduğu söylənilir.
Qərb mediasının yazdığına görə, polisə yazılmış şikayət ərizəsində Silvesterin otel otağında qızla birlikdə olduqdan sonra cangüdəni Mayk de Lukanın da qızı zorladığı qeyd edilir. Üstəlik, Hollivud ulduzunun 16 yaşlı yeniyetməni “Kiməsə desən, başını qopardarıq” dediyi yazılır. Qız isə qoxduğu və utandığı üçün uzun müddət bunu hamıdan gizlədib.//Axşam.az//