Levandovski 1-ci Ronaldo 2-ci oldu

12:34 - 15 Noyabr 2017 - DÜNYA

DÇ-2018-in seçmə və pley-off mərhələsinin ən yaxşı bombardirlərinin və asisstentlərinin siyahısı müəyyənləşib.

 

Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, ən yaxşı bombardirlər siyahısında ilk pillədə Polşa millisinin hücumçusu Robert Levandovski yer alıb. O, 16 qol vurub. Kriştiano Ronaldo (Portuqaliya) 15 qolla ikinci, Kristian Eriksen (Danimarka) və Romelu Lukaku (Belçika) hərəyə 11 qolla növbəti pillələrdə qərarlaşıblar.

Turnirin ən yaxşı assistenti Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix olub.O, 9 qol ötürməsi verib. Dris Mertens (Belçika), Duşan Tadiç (Serbiya), Miralem Pyaniç (Bosniya və Herseqovina), Tomas Müller (Almaniya) və Tom Menyedi (Belçika) hərəyə 7 qol ötürməsi ilə növbəti pillələrdə yer alıb.

 

Xəbər xətti