Putin və Ərdoğan arasında görüş başlayıb

19:46 - 13 Noyabr 2017 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçi şəhərində görüş başlayıb. “RİA Novosti”nin verdiyi məlumata görə, iki liderin görüşündən sonra geniş tərkibdə görüş keçiriləcək, daha sonra dövlət başçıları mətbuata bəyanatla çıxış edəcəklər. Türkiyə tərəfdən danışıqlarda xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.  

Xəbər xətti