İrandan gələn yük maşınında əl qumbarası aşkar edildi

11:13 - 13 Noyabr 2017 - Xəbər

Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı, Azərbaycan Respublikasının vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "Ф-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti