Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

12:46 - 10 Noyabr 2017 - Xəbər

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb. Trend-in məlumatına görə, E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağrılıb. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə faktı təstiqləyib. O bildirib ki, E.Mahmudov məlum cinayət işi ilə bağlı ifadə verməsi üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Xəbər xətti