Mahmud Məmməd-Quliyev: "Azərbaycan və Aİ arasında yeni saziş üzrə mövqelərdə yaxınlaşma var"
10:17 - 10 Noyabr 2017 - SİYASƏT
Siyasi məsələlər və təhlükəsizlik Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti danışıqlar mərhələsində əsas müzakirə mövzusudur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini deyib: "Avropa İttifaqı ilə danışıqlar üç blok üzrə aparılır - siyasi məsələlər və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də sektoral blok. Bu gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər hansı biri üzrə isə tam razılaşma hələ yoxdur. Lakin ümumiyyətlə, mövqelərdə yaxınlaşma var".
Onun sözlərinə görə, 2-3 iclas artıq keçirilib, eləcə də video-konfranslar, yazışmalar aparılıb.
Nazir müavini danışıqlar prosesinin tam başa çatacağı dəqiq tarixi qeyd etməyib.