Rusiyada yaşayış binası çöküb
21:46 - 9 Noyabr 2017 - DÜNYA
Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissəsi çöküb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın bir bloku bütövlükdə çöküb. 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.
İlkin məlumata görə, hadisəyə qaz sızması nəticəsində baş verən partlayış səbəb olub. İki nəfər ölüb.
Xilasedicilər dağıntılar altında 4 nəfəri çıxarıblar. Onlardan ikisi artıq evə buraxılıb. Dağıntılar altında insanları hələ də qaldığı bildirilir.