Səudiyyə Ərəbistanında vertolyot qəzaya düşüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ötən gecə şahzadə ölkənin cənub-qərbinə etdiyi birgünlük səfərdən qayıdan zaman baş verib.
Asir əyalətinin qubernatorunun müavini, şahzadə Mənsur bin Makrin də ölənlər arasında olub. Vertolyotun göyərtəsində ümumilikdə səkkiz yüksək vəzifəli məmur olub. Göyərtədə olan 8 nəfərin hamısı ölüb.
Ərəb mediası şahzadənin olduğu təyyarənin qəzaya düşməmişdən əvvəl çəkilən videosunu yayıb.