İraq Baş naziri Heydər Abadi Ənbar vilayətinin Qaim bölgəsini İŞİD-dən azad etmək üçün əməliyyatlara başladıqlarını açıqlayıb. Abadinin ofisindən yayılan açıqlamada bildirilib:
“Silahlı qüvvələrimiz İŞİD-in İraqdakı son qalası olan Qaim, Rava və digər qəsəbələrə doğru irəliləyir. Bütün terrorçuları təmizləyəcəyik. İŞİD-in önündə iki yol var: ya ölmək, ya da təslim olmaq”.
Açıqlamada İraq ordusunun xalqın rahatlığı üçün hər şey edəcəyi qeyd edilib.axar.az