Rakka İŞİD-dən azad olunub
09:32 - 14 Oktyabr 2017 - DÜNYA
Suriyanın Rakka şəhəri İŞİD terrorçularından tam azad olunub. Bu barədə yerli “Al Arabiya” telekanalı məlumat yayıb.
Kanalın xəbərinə görə, şəhərdə qalan silahlılar “Azad Suriya Ordusu”na təslim olublar.
Qeyd edək ki, Rakkanın azad olunması əməliyyatı iyunun 6-da başlanılıb. Döyüşlər zamanı "Azad Suriya Ordusu"na ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri havadan dəstək verib.qafqazinfo