DİN: Bu şəxsi tanıyanlar 102-yə zəng etsin

17:13 - 11 Oktyabr 2017 - Xəbər

Sabunçu xəstəxanasına aparılıb və orada dünyasını dəyişib

Sentyabrın 23-də saat 22:55 radələrində 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs dünyasını dəyişib. DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, həmin şəxs Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısından xəstəxanaya aparılıb.  Həmin şəxsin əlamətləri belədir- boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər xətti