Qırğızıstan Baş nazirinin müavini yol qəzasında ölüb
09:44 - 7 Oktyabr 2017 - DÜNYA
Qırğızıstan Baş nazirinin müavini Temir Cumakadırov yol qəzası nəticəsində ölüb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, onun olduğu avtomobil KamAZ-la toqquşub.
Qəza nəticəsində T.Cumakadırovun köməkçisi və sürücüsü də həlak oub.
Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri aydınlaşdırılır.