Nazir: TANAP-ın tikintisi vaxtından əvvəl başa çatacaq

12:53 - 6 Oktyabr 2017 - DÜNYA

Transanadolu boru kəmərinin (TANAP) tikintisi vaxtından əvvəl başa çatacaq. Trend-in məlumatına görə, bunu Çanaqqala vilayətində tikinti işləri ilə tanış olan Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.
O qeyd edib ki, hazırda TANAP-ın Mərmərə dənizində sualtı hissəsinin tikintisi sürətləndirilmiş tempdə davam edir.

Nazirin sözlərinə görə, TANAP Türkiyə üçün vacib layihələrdən biridir.

Qeyd edək ki, TANAP-ın Mərmərə dənizində sualtı hissəsinin tikintisi bu il sentyabrın 23-də başlayıb.

Xəbər xətti