Azərbaycan prezidenti Ukraynaya səfər edəcək

21:01 - 3 Oktyabr 2017 - Xəbər

"Azərbaycan prezidentinin yaxın vaxtlarda Ukraynaya səfəri olacaq. Tarix dəqiqləşdirilir". APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib. Nazir bildirib ki, bu, dövlət səfəri olduğuna görə səfər zamanı müzakirə ediləcək məsələlər hazırda dəqiqləşdirilir. "Bu, tam məzmunlu səfər olacaq. Geniş spektrda müzakirə olunası məsələlər var. Səfər zamanı çoxlu saylı sənədin imzalanması gözlənilir", - deyə P. Klimkin qeyd edib.

Xəbər xətti