Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib 

11:46 - 1 Oktyabr 2017 - Xəbər

Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında 1000-ə yaxın insan qan verib. Bu barədə "Report"a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva xəbər verib. O, bildirib ki, insanlar qanvermə aksiyasında aktiv iştirak edir. Z. Əlmirzəyevanın sözlərinə görə, əvvəlcə insanlarda hemoqlabinin səviyyəsi yoxlanılır. Əgər hemoqlabinin səviyyəsi qanverməyə uyğun olsa, qan götürülür.  Yığılan qanlar əvvəlcə Mərkəzi Qan Bankına aparılacaq və orada infeksiyalara görə yoxlanılacaq. Daha sonra komponentlərə ayrılacaq və ehtiyacı olan insanlara istifadə olunacaq.  ***09:10 Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası başlayıb. "Report"un məlumatına görə, "Təzə Pir " məscidində də qanvermə aksiyasına start verilib. Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva "Report"a bildirib ki, institutun əməkdaşları artıq səhər saatlarından nəzərdə tutulmuş ünvanlara yollanıb. Qeyd edək ki, QMİ-nin təşəbbüsü ilə bu gün aşağıdakı ünvanlarda qanvermə aksiyası keçirilir: 1. Yasamal rayon Təzə-pir məscidi 2. Yasamal rayon Hacı Soltanəli məscidi 3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi 4. Səbail rayon İçərişəhər Cümə məscidi 5. Suraxanı rayon Qaraçuxur məscidi 6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi 7. Nizami rayon Keşlə qəsəbə məscidi 8. Sumqayıt şəhəri Cümə məscidi 9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi 10. Mingəçevir şəhər Heydər məscidi 11. Şəki şəhəri mərkəzi Cümə məscidi 12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi 13. Bərdə şəhəri Cümə məscidi 14. Nəsimi rayonu Əjdərbəy məscidi 15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi 16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi 17. Quba rayonu Ərdəbil məscidi

Xəbər xətti