Milli Şuranın sədr müavini Tbilisidə Avropa Gənclər Forumunun tədbirində iştirak edib

11:19 - 29 Sentyabr 2017 - Cəmiyyət

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Tbilisi şəhərində keçirilən "Gənclər siyasətində keyfiyyət standartları" adlı tədbirdə iştirak edib. Tədbir Avropa Gənclər Forumu və Tbilisi şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. 
Tədbirin məqsədi gənclər siyasəti ilə bağlı Avropa gənclər forumunun tərtib etdiyi 8 keyfiyyət göstəricilərinin tətbiqininin müzakirəsidir.
Tədbirin ilk günü ölkələrin milli gənclər təşkilatlarının fəaliyyətləri və təcrübələri barədə təqdimatlar baş tutub. Tədbirin növbəti günündə "Gənclər siyasəti və gənclər siyasətində keyfiyyət standartları" mövzusunda barədə təqdimatlar keçirilib. Daha sonra gənclər siyasəti ilə bağlı gənclər təşkilatları arasında əməkdaşlıqlar müzakirə olunub. 

Milli Şuranın sədr müavini Aysun Zeynalova tədbirdə Azərbaycanın gənclər siyasəti, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və ölkədə fəaliyyəti göstərən Gənclər Evləri haqqında danışıb. O, həmçinin Gənclər Təşkilatları Milli Şurası fəaliyyəti və üzvü olan gənclər təşkilatları üçün təşkil etdiyi müxtəlif xidmətlər haqqında ətraflı məlumat verib. 
Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Xəbər xətti