“Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabr ayının axırına kimi davam edəcək” Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: “Müxtəlif yerlərdə yağış intensiv olacaq. Havanın temperaturu günorta saatlarında 17-22, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.
Növbəti günlərdə Bakının hava şəraitinə gəlincə G.Məmmədova vurğulayıb ki, paytaxtda yağan intensiv yağışlar növbəti günlərdə zəifləyəcək: “Paytaxtda fasilələrlə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək”.