Ekstravaqant sənətçi Elza Seyidcahan yeni şeir yazıb.
Ucnoqta.az Publika.az-a istinadən Əməkdar artistin “Deşik-deşik dünyaya” adlı yeni şeirini təqdim edir:
Qazanım daşdı
Kəfini yedim
Qapağını açdım
Üzünü yedim.
Qarışdırıb içini yedim
Yedim, yedim
Dibini yedim.
Qazıb, qazıb deşdim dibini
Qazanın.
Kəfkirim azıb
Dibi deşik qazandan
Çıxdı havaya,
Mən də baxdım
Kəfkirdən
Deşik-deşik dünyaya.
Qonaq olduq
Həsrətini çəkdiyim
Röyaya.
Buzlanmış şaxtadan beynim
İsti şorbayadır meylim.
Köhnə saat kəfkiri
Çalırdı tamam.
Təzə dərdin yaşları
Burnumdan daman.
Günahlarımı içimdə
Mən boğan adam.
Köhnə saat kəfkiri
Vur, vur
Vur əqrəbi
Çalsın, çalsın.
Saniyələr səs salsın
Burnum axır
Fürsər baxır,
Köhnə çaxır
Vaxt yetişir
Kəfkir vurur tamamı,
Əqrəb çalır zamanı
Səs düşəndə axanı
Çəkin, udun,
Silin, atın
Burnunuzdan pisləri
Köhnə saat kəfkiri
Görür hissləri,
Örtür bizləri.