Hindistan ordusu Cammu Kəşmir bölgəsinin Pakistan sərhədinə yaxın ərazilərini toplarla bombardman edib. Bu barədə informasiyanı Pakistan Silahlı Qüvvələri yayıb. Hücumun Çappar, Harpal və Çarva kəndlərinə edildiyi vurğulanıb. Hind ordusunun zərbələri nəticəsində 6 mülki şəxs həlak olub. Rəsmi İslamabad yaralananların sayının 20-yə çatdığını, bunun 15-nin qadın, 5-nin isə uşaq olduğunu bildirib. Qeyd edək ki, Kəşmir uğrunda savaş 1947-ci ildən bu yana davam edir. Bölgənin əhalisinin böyük hissəsini müsəlmanlar təşkil edir. İki yerə bölünən bölgənin Azad Kəşmir hissəsi Pakistanın, Cammu Kəşmir hissəsi isə Hindistanın nəzarətindədir. (Axar.az)