Azər Hüseynbala palataya köçürülüb

12:26 - 22 Sentyabr 2017 - Xəbər

Ürək damarına stend qoyulan jurnalist Azər Hüseynbala palataya köçürülüb. Bu barədə APA-ya jurnalisti əməliyyat edən həkim, Mərkəzi Klinik Xəstəxananın kardioloqu Oqtay Musayev məlumat verib. Onun sözlərinə görə, Azər Hüseynbalanın vəziyyəti normaldır, bu gün reanimasiyadan palataya köçürülüb.
A. Hüseynbala sabah evə buraxılacaq.
Qeyd edək ki, jurnalist Azər Hüseynbala iki gün əvvəl infarkt keçirib. Ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən jurnalist anjio olunub, ürək damarlarından birinə stend taxılıb.

Xəbər xətti