Rusiya Xarici İşlər Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini dayandırması ilə bağlı Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi açıqlamaları "anlaşılmaz" adlandırıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, verdilən açıqlamda Azərbaycan XİN- nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhlərinə diqqət çəkilir.
“Hikmət Hacıyevin Federal qanunvericiliyi pozduğu üçün məhkəmə qərarı ilə ləğv edilən Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı verdiyi açıqlamalar diqqət çəkir. Məsələ ilə bağlı rəsmi mövqe bildirilsə də, cənab Hacıyev fikrimizcə, qəribə səslənən mülahizələr deyir. Onun fikrincə, Rusiya məhkəməsinin Rusiyada fəaliyyət göstərən ictimai təşkilatla bağlı qərarı iki ölkə arasında dostluğa ziyan vurur və hansısa formada Moskvanın Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına xələl gətirir. Bu faktlar bizdə yalnız artan təəccüb hissi doğurur”.
Nazirlik bəyanatında Rusiyanın çoxmillətli ölkə olduğunu və yerli azərbaycanlıları 4-ü federal olmaqla, 260 qeyri-kommersiya təşkilatının müdafiə etdiyini bildirir.