Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarında quraşdırılmış bulağa çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 3 sərnişindən biri - 40-50 yaşlarında olan qadın baş nahiyəsindən xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralı xəstəxanaya aparılıb.trend