Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda "Mercedes" qəzaya uğrayıb

15:39 - 12 Sentyabr 2017 tarixində dərc olunub.

Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarında quraşdırılmış bulağa çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 3 sərnişindən biri - 40-50 yaşlarında olan qadın baş nahiyəsindən xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralı xəstəxanaya aparılıb.trend

Müəllif: