Türkiyədə zəlzələ olub
11:00 - 9 Sentyabr 2017 - DÜNYA
Türkiyənin Muğla əyalətində 4 bal gücündə zəlzələ baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:23-də qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.