“The Guardian” qəzetində Azərbaycanla Rusiya arasında silah satışına dair saxta məlumatların yayılması Rusiyanın müttəfiqlərinə təzyiqi artırmaq kimi qiymətləndirilməlidir.Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib. M.Zaxarova qeyd edib ki, bu, Rusiyaya bir neçə istiqamət üzrə informasiya təzyiqlərinin edildiyini göstərir:
“Rusiyalı jurnalistlərə təzyiqlər edilir, onlar informasiya məkanından sıxışdırılıb çıxarılır. Bu, müxtəlif formalarla həyata keçirilir ki, bütün bunlar da saxta xəbərlərin hesabına baş verir”.