Özbəkistan Mərkəzi Bankı bu gün ABŞ dollarının rəsmi məzənnəsini 48% artıraraq 8 100 sum səviyyəsində müəyyənləşdirib. Qurum qərarını valyuta siyasətinin liberallaşdırılmasına başlaması ilə izah edib.
Mərkəzi Bankdan verilən açıqlamada deyilir ki, sumun xarici valyutalara nisbətən məzənnəsi banklararası elektron ticarət əsasında və tələb-təklif əsasında formalaşacaq. Qurum bu əməliyyatlarda iştirakını minimuma endirib və ancaq kəskin dalğalanmalar zamanı bazara müdaxilə edə biləcək. report