Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi növbəti yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
O, bu barədə Türkmənistana səfəri zamanı jurnalistlərə deyib.
Baş nazir yanğınların söndürülməsi ilə bağlı işlərin davam etdiyini vurğulayıb. “Dünən axşam mənə Ukrayna Prezidenti P.Poroşenko zəng elədi və təyyarə göndərməyi təklif etdi. Bildiyimə görə, təyyarə artıq yoldadır və yaxın saatlarda Gürcüstana çatacaq. Bizə həmçinin Azərbaycandan göndərilən helikopter də kömək edəcək. Mən Azərbaycan Prezidentinə həm bu köməyə görə, həm də daha əvvəl onların aviasiyasından istifadə etdiyimizə görə minnətdarlığımı bildirirəm. Fikrimcə, bu cür hadisələr zamanı regional əməkdaşlıq çox vacibdir”.