ABŞ Prezidenti Donald Tramp "Harvi" qasırğasının vurduğu zərərin aradan qaldırılması üçün rekord məbləğ lazım gələcəyini bildirib. Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
"Bəlkə də ölkəmizin tarixində "Harvi" kimi qəddar, çox xərc tələb edən təbii fəlakət olmayıb", - ABŞ lideri təbbi fəalkətin baş verdiyi Texas ştatına səfəri zamanı vurğulayıb.
O, qasırğanı "dəhşətli fəlakət" adlandırıb və heç kəsin indiyə qədər bu miqdarda su görmədiyini əlavə edib.
Qeyd edək ki, Texasda "Harvi" qasırğasının yaratdığı leysan yağışlar və daşqınlar nəticəsində 30 nəfər həlak olub.
ABŞ mediası yazıb ki, mütəxəssislərin hesablamalarına görə, zərərin təqribən 30 milyard dollardır.