ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) ABŞ Hava Hərbi Qüvvələrinin iştirakı ilə avqust ayında iki dəfə döyüş başlığı olmayan "B61-12" atom bombasını sınaqdan keçirib."Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə NNSA-nın məlumatında deyilir.Sınaqlar avqsutun 8-də Nevada ştatındakı Tonopa poliqonunda həyata keçirilib, amma bu barədə məlumat indi verilib.
"F-15E" qırıcı-bombardmançı təyyarəsi nüvə başlığı olmayan iki bombanı aşağı atıb. Sınaqların məqsədi mütəxəssislərin "B61-12"nin qeyri-nüvə funksiyalarını və bombardmançı təyyarənin silah təchizatı qabiliyyətini qiymətləndirməsi olub. İdarədən sınaqların uğurlu keçdiyi bildirilib.
Xatırladaq ki, "B61-12"nin ilk belə sınağı bu ilin mart ayında baş tutub. Atom bombasının sınaqları müasirləşdirilməsi nəzərdə tutulan "B61"in xidmət müddətinin uzadılması çərçivəsində həyata keçirilir. "B61-12" hazırda mövcud olan "B61"in dörd modifikasiyasını əvəz etməlidir. Onun sınaqları hələ üç il davam edəcək.